İbrahim Tatlıseslə bağlı gizli qalan fakt üzə çıxdı
Bu gün, 12:46
Türkiyənin "İmperator" ləqəbi ilə tanınan məşhur müğənni İbrahim Tatlıses haqqında illər sonra maraqlı fakt üzə çıxıb.
Demokrat.az xəbər verir ki, sənətçinin əsl soyadının uzun illər istifadə etdiyi "Tatlıses" olmadığı məlum olub.
Məlumata görə, müğənninin rəsmi sənədlərdə soyadı "Tatlı" kimi qeyd edilib. "Tatlıses" isə onun musiqi karyerasına başladıqdan sonra seçdiyi səhnə adıdır.
Bildirilir ki, İbrahim Tatlıses səhnədə daha yaddaqalan obraz yaratmaq məqsədilə soyadını "Tatlı"dan "Tatlıses"ə dəyişib. Bu ad zamanla o qədər məşhurlaşıb ki, sənətçinin əsl soyadını bilənlərin sayı olduqca azdır.
Qeyd edək ki, İbrahim Tatlıses uzun illərdir Türkiyə musiqisinin ən tanınmış simalarından biri hesab olunur və "İmperator" ləqəbi ilə məşhurdur.