Türkiyədə kurortda onlarla turist xəstəxanaya yerləşdirildi

Bu gün, 12:44           
Türkiyədə kurortda onlarla turist xəstəxanaya yerləşdirildi
Türkiyənin qərbində yerləşən Quşadası kurortunda beşulduzlu hoteldə baş verən qida zəhərlənməsindən sonra təxminən 30 turist xəstəxanaya yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Turizmnews" məlumat yayıb.

Məlumata görə, xəstəxanaya yerləşdirilən şəxslər ürəkbulanma, qarınağrısı, qusma və yüksək temperaturdan şikayət ediblər. Hadisə ilə bağlı araşdırmaya başlanılıb.

Nəşrin məlumatına əsasən, simptomlar "hər şey daxil" sistemi ilə təqdim olunan yeməklərdən sonra yaranıb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadaları zərərçəkənləri yaxınlıqdakı tibb müəssisələrinə çatdırıblar. Xəstələrin bir hissəsi tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərləri isə həkim nəzarətində qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru