DƏHŞƏTLİ OLAY - Bakıdan rayona gedib ferma yaratdı, qadınla birlikdə öldü

10-06-2020, 22:36           
DƏHŞƏTLİ OLAY - Bakıdan rayona gedib ferma yaratdı, qadınla birlikdə öldü
Bu gün səhər saatlarında Salyan rayonunda “Moskviç” markal minik maşınını kanal aşıran sürücünün kimliyi müəyyən olunub.

Teref.az virtualaz.org-a istinadən xəbər verir ki, sürücünün 57 yaşlı Bakı şəhər sakini Qalib Əkbər oğlu Əhmədov olduğu müəyyən edilsə də, yanında olan qadının şəxsiyyətini hələ ki dəqiqləşdirmək mümkün olmayıb.

Xatırladaq ki, qəza zamanı avtomaşında olan hər iki şəxs şor su kollektoruna aşan “Moskviç”in içərisində boğularaq ölüb.

Qalib Əhmədov Bakı şəhərində yaşasa da Neftçala rayonunun Aşağı Surra kəndində torpaq alaraq fermer təsərrüfatı yaradıbmış.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru