Sahibkarlığa "unikal" dəstək - İcra hakimiyyəti sahibkara belə "dəstək" olur

Bu gün, 15:16           
Sahibkarlığa "unikal" dəstək - İcra hakimiyyəti sahibkara belə "dəstək" olur
Rayonların birində 30 ildir sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir vətəndaşa icra hakimiyyəti başçısının müavinləri yaxınlaşaraq bildirirlər ki, bəs prospektdə abadlıq işləri aparılır, siz də obyektinizin xarici görkəmini yeniləyin. Sahibkar deyilənə əməl edir; plastik qapı-pəncərə quraşdırır, bir sözlə, tələb olunduğu kimi təxminən 4 min manatlıq xərc çəkərək obyektini qaydaya salır.
İki gün sonra başçının müavinləri yenidən gələrək deyirlər: "Bəs başçı əsəbləşib, qəzəblənib, tikdiyini sökmək lazımdır". Sahibkar da cavabında "Gəlin, sökün" deyir. Bu ərəfədə qaydaya saldıqlarının yerində qalması qarşılığında sahibkardan əvvəl 5 min, sonra isə 3 min manat şirinlik istəyirlər. Sahibkar bu tələblə razılaşmır. Vəziyyətin daha da qəlizləşməməsi üçün o, təzə qurduğu konstruksiyanı özü söküb yerə qoyur.
Bu gün isə bütün aidiyyəti qurumların nümayəndələri gələrək ümumiyyətlə obyektin tamamilə sökülməli olduğunu bildirirlər. Lakin sahibkar bütün qanuni sənədləri ortaya qoyduqdan sonra həmin qurumlar bir-bir ərazidən uzaqlaşırlar. Buna baxmayaraq, icra başçısı əl çəkmir. İcra nümayəndəsi əlində bir vərəq bildirişlə gəlir ki, obyekt 3 günə sökülməsə, iş polisə veriləcək. İşin ən maraqlı tərəfi isə odur ki, ərazinin mülkiyyət sənədi (kupçası) elə sahibkarın özünə məxsusdur.
Sahibkarın heç bir dövlət qurumu ilə problemi yoxdur – vergisini vaxtlı-vaxtında ödəyir, qeyri-qanuni heç bir iş görmür. Ancaq qanun çərçivəsində fəaliyyət göstərən bu sahibkara digər dövlət qurumları kömək edə bilmir, hamısı birağızdan "bizlik bir şey yoxdur" deyir.
Atalar sözündə "dəvədən böyük fil var" deyilir, bəzi rayonlarda isə bu gedişat "dövlətdən böyük icra başçısı var" kimi oxunur.
Səxavət Məmməd
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru