Nyu-Yorkun mərkəzində göydələn qismən çöküb

Bu gün, 15:18           
Nyu-Yorkun mərkəzində göydələn qismən çöküb
ABŞ-nin Nyu-York şəhərinin mərkəzində yenidən qurulan göydələndə beş mərtəbə və iki daşıyıcı sütun qismən çöküb.

Oxu.Az xəbər verir ki, bu barədə yerli "PIX11" nəşri məlumat yayıb.

Məlumata görə, deformasiya binanın 21-ci mərtəbəsindən 26-cı mərtəbəsinədək olan hissəni əhatə edib. Bina ofisdən yaşayış kompleksinə çevrilmək üçün yenidən qurulurdu.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Binanın ətrafı polis tərəfindən mühasirəyə alınıb, nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə yerinə fövqəladə xidmətlərin əməkdaşları cəlb olunublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru