Naməlum sürücü həkimi ölümcül hala salıb qaçdı — Mingəçevirdə

9-02-2016, 01:15           

Mingəçevir şəhərində yol qəzası baş verib

Hadisə şahidlərinin Ölkə.Az-a verdikləri məlumata görə, yolu keçən zaman 57 yaşlı Həsənova Nuriyyə Ağa qızı naməlum bir avtomobil tərəfindən vurulub. Hadisədən dərhal sonra sürücü həmin ərazidən uzaqlaşıb. Həsənova Nuriyyə təcili olaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər ona baş-beyin silkələnməsi və qabırğaların sınığı diaqnozu qoyublar.

Həsənova Nuriyyənin Təcili Tibbi Yardım həkimi olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru