Ölən ərəblər Azərbaycan qanunlarını pozubmuş - Rəsmi

9-02-2016, 13:40           
Ölən ərəblər Azərbaycan qanunlarını pozubmuş - Rəsmi
Dünən gecə saatlarında İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən kanala düşən xarici ölkə vətəndaşlarına ETSN tərəfindən ov icazəsi verilməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər, Səudiyyə Ərəbistan və Qətər vətəndaşları və onları ölkəyə dəvət edənlər tərəfindən müvafiq ov icazəsinin alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hər hansı müraciət olunmayıb. Ona görə də, onların ov icazəsi olmaması səbəbindən gecə saatlarında qanunsuz olaraq ov sahəsinə çıxdıqları ehtimal olunur.

Xatırladaq ki, 08 fevral 2015-ci il tarixində gecə saatlarında xarici ölkə vətəndaşlarının İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində qanunsuz ov edərkən idarə etdikləri “Toyota Prado” markalı avtomobil su kanalına düşüb. Nəticədə 1 nəfər Səudiyyə Ərəbistanı və 1 nəfər Qətər vətəndaşı suda boğularaq ölüb, 1 nəfər Qətər vətəndaşı isə yaralanıb.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru