Azərbaycanlı oliqarxın tankerində fövqəladə hadisə: - 1 ekipaj üzvü öldü, 2-si ağır durumda

9-02-2016, 18:14           
Azərbaycanlı oliqarxın tankerində fövqəladə hadisə: - 1 ekipaj üzvü öldü, 2-si ağır durumda
Azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali” şirkətlər qrupuna məxsus tankerdə zəhərli qazdan kütləvi zəhərlənmə baş verib və bir heyət üzvü ölüb. Daha 3 heyət üzvü xəstəxanaya yerləşdirilib.

Virtualaz.org xəbər verir ki, hadisə İtaliyanın Vasto limanı istiqamətində baş verib.

İtaliya mənbələrinin yaydığı xəbərə görə “Palmali Shipping” şirkətinə məxsus, Rusiya bayrağı altında üzən “Araz River” tankeri Vasto limanını tərk edəndən sonra ekipaj üzvlərindən üçü göyərtədə təmizləmə işləri aparıblar. Bu zaman kimyəvi maddələrdən istifadə olunub və toksik qazların ətrafa yayılması nəticəsində bir ekipaj üzvü yerindəcə keçinib. Qalan ikisi isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. İnsidentin dənizin məhz hansı rayonunda baş verdiyi məlum deyil, lakin baş verənlərdən sonra tanker yenidən Vasto limanına geri qayıdıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru