Azərbaycanda qadın kafedə döyüləndən sonra bıçaqlandı

11-02-2016, 09:53           
Azərbaycanda qadın kafedə döyüləndən sonra bıçaqlandı
Tovuzda kafedə işləyən qadın döyülüb sonra isə bıçaqlanıb.

teref.az APA-ya istinadən məlumatına görə, rayonun Bozalqanlı kənd sakini, 1963- cü il təvəllüdlü Sevda Həsənova üz nahiyəsinin əzilməsi və sol qabırğaaltı nahiyənin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal əməliyyat edilən qadının vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə ,rayonun Aşağı Əyyublu kəndində kafedə işləyən S. Həsənova orada olan müştərilərdən biri tərəfindən döyülərək bıçaqlanıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru