Ağcabədidə ağır qəza: Baba və nəvə öldü – FOTO

2-02-2022, 08:12           
Ağcabədidə ağır qəza: Baba və nəvə öldü – FOTO
Hadisə Aran qəsəbəsi - Bəhramtəpə magistral yolunda qeydə alınıb.

APA xəbər verir ki, yolun Ağcabədi rayon Qaravəlli kəndi sahəsindən keçən hissəsində “VAZ-21011” markalı minik maşını eyni istiqamətdə olan, İran İslam Respublikası vətəndaşına məxsus qoşqulu yük maşınına çırpılıb.

Qəza nəticəsində minik maşınında olan baba və nəvə həlak olub. Onlar Ağcabədi rayon Təzəkənd kənd sakinləri Qasımov Cahid Camal oğlu və Qasımov Camal Cahid oğludur.

Faktla bağlı araşdırma başlanıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru