AİD Group Xaricdə iş və Təhsil Mərkəzindən şikayət - VİDEO

Bu gün, 11:26           
AİD Group Xaricdə iş və Təhsil Mərkəzindən şikayət - VİDEO
AİD Group Xaricdə iş və Təhsil Mərkəzindən şikayət - Son zamanlar Xaricdə təhsil xidmətləri göstərən "AID Group" şirkəti və onun rəhbərləri Nigar Fərhad barəsində vətəndaşlar tərəfindən daxil olan şikayətlərin sayı artır.

GUNDEMİNFO xəbər verir ki, bu şikayətlərdən biri də az əvvəl video formatda sosial şəbəkələrdə yayaılıb.

Vətəndaş qeyd edir ki, ilk dəfə "AID Group" -un ofisinə getdikdə onun telefonları əlindən alınıb. "Xüsusi yoxlama qurğularından keçdim. Sanki hansısa xüsusi rejimli strateji dövlət obyektinə daxil olurdum. Mənə motivasiya verdilər. Özümü az qala artıq Kanadada təhsil alan və işləyən xoşbəxt biri sanırdım. 3 dəfə Kanada vizası üçün müraciət etdilər hamısından da imtina gəldi. ABŞ-da təhsil üçün də viza müraciətimə imtina gəldi. Hər dəfə viza üçün sənədləri hazırlamağıma və onlara "xidmət haqqı" olaraq külli miqdarda pul ödədim. İmtina gəliyinə görə etiraz edəndə məni sadə bir ofisə dəvət etdilər. Mənə dedilər ki, 3 dəfə Kanada vizası üçün imtina gəldiyindən xəbərimiz yoxdur. Bundan sonra da "xidmət haqqı", "bank xərcləri" adı altında məndən aldıqları pulları geri qaytarmayacaqlarını dedilər" deyə vətəndaş video müraciətində bildirib.

TEREF olaraq həmin video müraciəti təqdim edirik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru