Bakıda film kimi OLAY: Əri ilə dalaşıb özünü maşından atdı

9-02-2022, 09:26           
Bakıda film kimi OLAY: Əri ilə dalaşıb özünü maşından atdı
Mehdiabad qəsəbəsində ailə münaqişəsi zəmnində qadın ağır xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsi, sovxoz ərazisində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Hüseynova Aytac Əbülfəz qızı avtomobil hərəkətdə olan zaman sükan arxasında olan həyat yoldaşı ilə mübahisə edib.

Daha sonra qadın özünü avtomobildən yerə atıb.

O, ağır kəllə beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru