Azərbaycanda güclü yanğın: xeyli sayda heyvan yanaraq tələf oldu

15-04-2022, 00:04           
Azərbaycanda güclü yanğın: xeyli sayda heyvan yanaraq tələf oldu
Şəkidə mal tövləsi yanıb.

Teref.az-ın məlumatına görə, yanğın bu gün axşam saatlarında Şəki rayonunun Çələbixan qəsəbəsi sakini Xəlilov Saməddin Arif oğluna məxsus mal tövləsində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və tövlənin çardağına yığılmış 2 ton quru ot yanıb. Yanğın zamanı tövlədə olan xırdabuynuzlu heyvanlardan 15 başı tüstüdən boğularaq tələf olub. Bir baş xırdabuynuzlu və 12 baş iribuynuzlu heyvan tövlədən çıxarılaraq xilas edilib.

Faktla bağlı araşdırma aparılır.//qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru