Abşeronda dəhşət: İki yaşlı körpə binadan yıxılaraq öldü 6-09-2022, 07:54 Abşeron rayonunda iki yaşlı körpə yaşadığı binanın üçüncü mərtəbəsindən yıxılaraq ölüb.“Report”un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.2020-ci il təvəllüdlü Fərəcli Narın Səbuhi qızı yaşadığı mənzilin eyvanından yıxılıb.Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.Fakt araşdırılır. Facebook-da paylaş