Culfada qadın amansızlıqla öldürüldü - Qardaşı TUTULDU

25-06-2024, 09:38           
Culfada qadın amansızlıqla öldürüldü -
İyunun 24-də saat 23:20 radələrində bir nəfər Culfa rayon Bənəniyar kənd sakininin küt alətlə vurularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Oxu.Az-a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan bildirilib.

Araşdırmalarla Culfa rayon Bənəniyar kənd sakini 1984-cü il təvəllüdlü Ruslan Məhərrəm oğlu Əliyevin şəxsi münasibətlər zəminində bacısı 1980-ci il təvəllüdlü Elfanə Məhərrəm qızı Muradovanı küt alətlə (dəmir parçası ilə) xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruslan Məhərrəm oğlu Əliyev şübhəli şəxs qismində tutulub.

Culfa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru