Tanınmış jurnalist Dilbər Axundzadə vəfat edib

11-07-2024, 08:19           
Tanınmış jurnalist Dilbər Axundzadə vəfat edib
Tanınmış jurnalist Dilbər Axundzadə vəfat edib.

Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Agentliyin rəhbərliyi və kollektivi tanınmış jurnalist Dilbər Axundzadənin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, Dilbər Axundzadə Zaqatala şəhərində anadan olub. 50 ildən çox jurnalistika sahəsində çalışıb. Uzun müddət “Exo” qəzetində işləyib.

Allah rəhmət eləsin!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru