Sobada toyuğu belə bişirin – Çox dadlı olacaq

10-09-2024, 13:14           
Sobada toyuğu belə bişirin – Çox dadlı olacaq
Bir çox insan sobada toyuq bişirməyi sevir. Çünki sobada bişirilən toyuq sobadakından daha dadlı olur. TEREF lent.az-a istinadən bildirir ki, toyuğu sobaya qoymazdan əvvəl onu bəzi ədviyyatlar və ya məhsullardan hazırlanmış marinada əlavə etmək lazımdır. Bunlar hansı marinadlardır?
Xardal
Xardal toyuğun üzərində xüsusi bir qat yaradacaq. Həm də toyuq ətinə daha maraqlı dad verəcək və qəşəng görünəcək. Qeyd edək ki, toyuğa xardal vurduqdan sona sobaya qoymazdan bir saat gözləməlisiniz.
Xama
Xamanın tək özünü və ya ona ədviyyatlar, doğranmış sarımsaq və göyərti əlavə edə bilərsiniz. Bu zaman toyuq xırtıldayan və dadlı olacaq. Toyuğa bu marinadı əlavə etdikdən sonra əvvəl yarım saat gözlənilməlidir. Daha sonra onu bişirin.
Bal
Toyuğu iştahaçan edən şeylərdən biri də məhz baldır. Balı az miqdarda bitki yağı ilə qarışdırın. Daha sonra toyuq ətinə sürtün və 30 dəqiqə gözləyin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru