DSX-nin ehtiyatda olan polkovnik-leytenantı həbs olundu

7-12-2024, 00:05           
DSX-nin ehtiyatda olan polkovnik-leytenantı həbs olundu
Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant Ramil İbrahimov həbs olunub.
Tribunainfo.az xəbər verir ki, bu barədə hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Bildirib ki, Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant İbrahimov Ramil Şamil oğluna Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci maddələri ilə ittiham elan edilib.
Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd olunub ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru