Lerikdə 30 yaşlı kişinin meyiti tapılıb.

7-12-2024, 09:14           
Lerikdə 30 yaşlı kişinin meyiti tapılıb.
TEREF APA-ya istinadən xəbər verir ki, Lerik rayon İcra Hakimiyyəti Başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti tapılıb.

Onun intihar etdiyi deyilir.

Lerik Rayon İcra Hakimiyyətindən də hadisəni təsdiqləyiblər. Ş.Əliyevin işində nümunəvi, verilən tapşırıqları vaxtında yerinə yetirən, gözəl xasiyyətli biri olduğu bildirilir.

Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.

Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru