Gilan vilayətinin valisi: "Rəşt-Astara dəmiryol xətti 4 aya açılacaq"

18-11-2025, 17:24           
Gilan vilayətinin valisi: "Rəşt-Astara dəmiryol xətti 4 aya açılacaq"
"Rəşt-Astara dəmiryol xəttinin tamamı 4 aya açılacaq".

TEREF APA-ya istinadən xəbər verir ki, bunu Gilan vilayətinin valisi Hadi Həqşənas bildirib.

Onun sözlərinə görə, son yeddi ay ərzində Rəşt-Astara dəmiryol xəttinin 70 kilometrlik hissəsi istifadəyə verilib, xəttin ümumi uzunluğu 162 kilometrdir və artıq 90 kilometri açılıb.

"Yalnız 70 kilometr qalır. Düşünürəm ki, yaxın dörd ay ərzində Rəşt-Astara xəttinin inşası başa çatacaq. İran hökuməti bu işdə qətiyyətlidir", - vali qeyd edib.

Həqşənas əlavə edib ki, xətt mərhələli şəkildə istifadəyə verildiyi üçün paralel olaraq rels qurğusunun quraşdırılması üçün hazırlıq işləri də aparılır.

Valinin sözlərinə görə, Rusiya ilə müqavilə bağlamış podratçı şirkət xəttin tam istifadəyə verilməsindən sonra növbəti mərhələyə keçəcək. Qeyd olunub ki, Rəşt-Astara layihəsinin ümumi tikinti müddəti üç il olaraq planlaşdırılır.

Hadi Həqşənas, həmçinin bildirib ki, ötən ay Bakıda Azərbaycan, Rusiya və İranın iştirakı ilə üçtərəfli komissiyanın iclası keçirilib:

"İclasda Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri, İranın yol naziri və mən iştirak etdik. Toplantıdan sonra Bakıdan Lənkərana, daha sonra Astara şəhərinə səfər etdik və layihənin icra vəziyyəti ilə tanış olduq. İranın yol naziri işlərin sürətləndirilməsi üçün müvafiq göstərişlər verdi".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru