Nazir: "Qazaxıstan "LUKOIL" aktivlərini satın almaq niyyətində deyil"

18-11-2025, 10:08           
Nazir: "Qazaxıstan "LUKOIL" aktivlərini satın almaq niyyətində deyil"
"Qazaxıstan hökuməti "LUKOIL" şirkətinin aktivlərinin satın alınması ilə bağlı danışıqlarda iştirak etmir".
Bunu ölkənin energetika naziri Yerlan Akkenjanov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Nazir vurğulayıb ki, bu cür sövdələşmələri yalnız kommersiya fəaliyyəti ilə məşğul olan şirkətlər müzakirə edə bilərlər: "Hökumət kommersiya fəaliyyəti ilə məşğul olmur, Energetika Nazirliyi isə hasilat, nəqliyyat və emal sahələrində dövlət siyasətini həyata keçirir. "LUKOIL" şirkətinin aktivləri ilə bağlı məsələ, əgər səhv etmirəmsə, dekabrın ortalarına qədər təxirə salınıb. Bu müddət ərzində "LUKOIL" öz biznesini davam etdirmək üçün zəruri tədbirləri görməlidir", - deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru