Məhəmməd əs-Sudani: "İraq neft hasilatının səviyyəsinin dəyişməz qalmasında maraqlıdır"

18-11-2025, 11:58           
Məhəmməd əs-Sudani: "İraq neft hasilatının səviyyəsinin dəyişməz qalmasında maraqlıdır"
"İraq neft hasilatının səviyyəsinin dəyişməz qalmasında və dünya neft bazarlarının sabitləşməsində maraqlıdır".

Bunu İraqın Baş naziri Məhəmməd əs-Sudani "LUKOIL" neft şirkətinin təsisçisi Vahid Ələkbərovla görüşündə bəyan edib. Bu barədə məlumatı İraq baş nazirinin ofisinin mətbuat xidməti yayıb.

Bildirilir ki, görüş ABŞ Maliyyə Nazirliyi tərəfindən "LUKOIL"a qarşı sanksiyaların tətbiq edilməsi fonunda sabit neft hasilatının qorunub saxlanılması həllərinin və mexanizmlərinin tapılmasına həsr olunub.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi oktyabrın 22-də "Rosneft", "LUKOIL" şirkətlərini və onların 34 törəmə qurumunu Birləşmiş Ştatların yeni sanksiyalar paketinə daxil edib. Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün mütəmadi keçirilən brifinqdə bildirib ki, Vaşinqton bu məhdudiyyətlərin Ukrayna münaqişəsi ilə əlaqədar Moskvaya əhəmiyyətli təzyiq göstərəcəyinə ümid edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru