12 milyon dollarlıq qızıl unitazın alıcısı bəlli oldu

21-11-2025, 10:59           
12 milyon dollarlıq qızıl unitazın alıcısı bəlli oldu
Məşhur italyan heykəltəraşı Maurisio Kattelan tərəfindən hazırlanmış 100 kiloqramlıq qızıl unitaz "Ripli" muzeyi tərəfindən 12 milyon dollara alınıb.

Bu barədə BBC məlumat yayıb.

Muzey nümayəndələrinin sözlərinə görə, hazırda onlar ziyarətçilərin bu əşyanı təyinatı üzrə istifadə etməsinə icazə verilməsi imkanlarını araşdırırlar.

"Belə bir fürsət ciddi planlaşdırma və hər şeyin düzgün istiqamətdə getməsini təmin etmək üçün kifayət qədər cəsarətli bir insan tələb edir", - muzeydən bildirilib.

Muzey Yer kürəsindəki ən qəribə əşyalar haqqında televiziya və radio şouları, eləcə də qəzet komiksləri yaradan amerikalı karikaturaçı, sahibkar və həvəskar antropoloq Robert Riplinin adını daşıyır.

Xatırladaq ki, "Sotheby`s" hərrac evi tərəfindən satılan Kattelanın "Amerika" adlı əsəri 101,2 kq (223 funt) qızıldan hazırlanmış tam işlək unitazdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru