Yanğında həlak olanlardan biri Könül Hümbətova imiş - FOTO
22-11-2025, 07:15
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində həlak olanlardan biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidir (rəsmi soyadı Hümbətovadır - red).
Yanğın nəticəsində 1977-ci il təvəllüdlü K.Hümbətova yanğın nəticəsində tüstüdən zəhərlənərək həlak olub.
Qeyd edək ki, hadisə nəticəsində həmçinin 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qənbərli, 1983-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov ölüblər.
Təcili tibbi yardım briqadası tərəfindən ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. / Report Həlak olanların ruhu şad olsun!