3 nəfərin öldüyü bina yararsız halda… Sakinlər hara köçürüləcək?

23-11-2025, 00:11           
3 nəfərin öldüyü bina yararsız halda… Sakinlər hara köçürüləcək?
Yasamalda yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğından sonra bina yarasız hala düşüb. Bina əsaslı təmir olunmalıdır.

Tribuna-nın məlumatına görə, bu barədə sözügedən binada yaşayan jurnalist Hafiz Mirzə yazıb.

O bildirib ki, Baş Prokurorluq müstəntiqləri bütün günü orada olub və analiz üçün maddi sübutlar aparıblar:

“Bina yaşayış üçün yararsızdır. Lift şaxtaları və bir çox boru və nəqillər əriyib hərfi mənada. İşıq yox. Su yox. Qaz yox. Bina əsaslı təmir tələb edir.

Mənzillərə ziyan demək olar ki dəyməsə də, bütün mənzillərdə ciddi kimyavi təmizləmə tələb olunur.

Adamlar qohum – tanışların evinə köçüb. Bu nə qədər sürəcək?”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru