Penitensiar xidmətin şöbə rəisi İŞDƏN QOVULDU - TƏFƏRRÜAT

27-11-2025, 00:02           
Penitensiar xidmətin şöbə rəisi İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiklərinə görə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Daxili təhqiqat şöbəsinin rəisi Fəqan Yaqubovun və ədliyyə orqanlarının sərəncamında olan Altay Abdullayevin ədliyyə orqanlarından xaric edilərək qulluq keçmələrinə xitam verilib.

TEREF APA-ya istinadla bildirir ki, bununla bağlı Ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.

Bundan başqa, xidməti işinə məsuliyyətsiz yanaşaraq qanunla müəyyən olunmuş əsas vəzifələrini yerinə yetirmədiklərinə və fəaliyyətlərində digər ciddi nöqsanlara yol verdiklərinə görə Penitensiar xidmətin bir qrup əməkdaşına qarşı intizam tənbehi tədbirləri görülüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru