Gələn ildən telefon və noutbuklar zəifləyəcək

15-12-2025, 15:44           
Gələn ildən telefon və noutbuklar zəifləyəcək
"TrendForce"un yeni proqnozuna görə, yaddaş çiplərinin qiymətləri 2026-cı ilin birinci rübündə kəskin artacaq.
Bu bahalaşma smartfon və noutbuk istehsalçılarını məhsulların qiymətini qaldırmağa və texniki göstəriciləri aşağı salmağa məcbur edəcək.

Hesabata əsasən:

"Apple" daxil olmaqla bütün istehsalçılarda yaddaş komponentinin maya dəyərində payı artır;

"Android" istehsalçıları 2026-cı ildə yeni modellərin qiymətlərini artırmalı olacaq;

Aşağı seqment smartfonlar yenidən 4 GB RAM-a qayıda bilər;

Noutbuk bazarında ikinci rübdən etibarən daha ciddi qiymət dalğalanmaları gözlənilir.

TrendForce bildirir ki, spesifikasiya azaldılması və qiymət artımı 2026-cı ildə istehsalçılar üçün əsas qənaət strategiyasına çevriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru