Mandarin qabığı təhlükəlidir - DİQQƏTLİ OLUN

23-12-2025, 09:44           
Mandarin qabığı təhlükəlidir - DİQQƏTLİ OLUN
Mandarin qabığı ev heyvanları üçün təhlükə yarada bilər.

Bu barədə baytar həkim Mixail Şelyakov məlumat verib.

Onun sözlərinə görə, pişiklər sitrus qoxusundan uzaq durur, çünki efir yağları onlar üçün kəskin qıcıqlandırıcıdır.

İtlər isə maraqdan və ya aclıqdan qabığı yeyə bilər ki, bu da selikli qişanın qıcıqlanmasına, allergiyaya və öskürəyə səbəb ola bilər.

Bundan əlavə qeyd edib ki, zibil qabında kiflənən sitrus tullantıları qida zəhərlənməsi riski yaradır.

Mütəxəssis zibil qabının bağlı saxlanmasını və qabığın ev heyvanlarından uzaqda tutulmasını tövsiyə edir. \\Milli.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru