Harri Kasparov həbs oluna bilər

23-12-2025, 12:14           
Harri Kasparov həbs oluna bilər
Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov Rusiyada qiyabi həbs oluna bilər.

Sitat.info xəbər verir ki, Moskvanın Zamoskvoretski Rayon Məhkəməsində Kasparov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət qaldırılıb.
Harri Kasparov Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (kütləvi informasiya vasitələri, elektron və ya telekommunikasiya şəbəkələrindən istifadə etməklə terrorizmə açıq çağırışlar etmək, terrorizmə açıq şəkildə haqq qazandırmaq və ya onun təbliğatı) üzrə ittiham olunub.

Bu maddəyə əsasən, təqsirli bilinən şəxsi maksimum yeddi ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru