Vatsapı ələ keçirildi, yaxınlarının pulu mənimsənildi (VİDEO)

11-01-2026, 12:38           
Vatsapı ələ keçirildi, yaxınlarının pulu mənimsənildi (VİDEO)
Bakıda yaşayan qadının vatsap hesabı ələ keçirilib, sonra onun doğmalarını aldadıb, 610 manat pulunu mənimsəyiblər.

Bütün bunlar Qaradağ rayonunun Ələt qəsəbə sakini Günay Səmədovanın başına gəlib.
Kiberdələduzlar vatsapda onun adından yaxınlarına mesaj yazaraq, təcili pul istəyiblər.
Günay Səmədovanın oğlu əsgərdir. Kiberdələduzlar da elə bu nüansdan istifadə edərək, Günay Səmədovanın adından “təcili uşağa pul göndərməliyəm” yazaraq, onun doğmalarından pul istəyiblər. Bu azmış kimi, onlara göndərilən bank kartının da guya əsgərin komandirinə məxsus olduğunu deyiblər.
Günay Səmədova məsələ ilə bağlı artıq polisə də müraciət edib.
Daxili İşlər Nazirliyindən “Xəzər Xəbər”ə bildirilib ki, sözügedən məsələ araşdırılır. O da qeyd olunub ki, bu kimi hallarla üzləşən vətəndaşlar 102 qaynar xəttinə müraciət edə bilərlər. Daxil olan hər bir müraciətlə bağlı araşdırmalar aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru