Günəş panelləri texnologiyasında inqilab
24-03-2026, 12:18

Fiziklər təbii mühitlərində bir-birini itələyən iki növ kristalı birləşdirərək qeyri-mümkün olanı əldə ediblər.
Valyuta.az-ın məlumatına görə, "Nature" jurnalında dərc olunan elmi araşdırmaya istinadən bildirir ki, bu kəşf günəş enerjisi və bərpa olunan enerji sənayesində ciddi dönüş yarada bilər.
“Fe₂VAl kompozit termoelektriklərdə yüklə istiliyin ayrılmış ötürülməsi və topoloji izolyator sərhəd şəbəkələri” adlı tədqiqatda qeyd olunur ki, Fe₂VAl və BiSb kristallarının birləşdirilməsi günəş panellərinin əsas problemlərindən biri olan qızmanı azaltmağa imkan verir. Günəş yalnız işıq deyil, həm də istilik yayır və bu istiliyin böyük hissəsi “itirilmiş enerji”yə çevrilir.
Nəticədə panellər qızır və onların səmərəliliyi sürətlə azalır.
Tədqiqatçılar risk edərək bir-birinə zidd iki materialı bir araya gətiriblər. Birinci komponent dəmir əsaslı ərinti olan “Fe₂VAl” kristalıdır. O, elektrik keçiriciliyi baxımından yüksək göstəricilərə malikdir, lakin çox istilik keçdikdə effektivliyini itirir.
İkinci komponent isə istiliyi izolyasiya edən topoloji izolyator xüsusiyyətinə malik “BiSb” kristalıdır. Əvvəllər bu iki materialın birləşdirilməsi qeyri-mümkün hesab olunurdu. Lakin alimlər onları vahid kompozit materialda birləşdirə biliblər.
Bu zaman “BiSb” kristalı “Fe₂VAl” ərintisini qızmadan qoruyur və nəticədə enerji istehsalının effektivliyi əhəmiyyətli dərəcədə artır.
Mütəxəssislərin fikrincə, bu texnologiya xüsusilə istehlakçılar üçün böyük əhəmiyyət daşıyır. Müasir günəş panelləri çox vaxt maksimal yüklə işləyir və əlverişsiz şəraitdə tez sıradan çıxır.
Yeni yanaşma günəş enerjisinin daha səmərəli toplanmasına və saxlanmasına imkan verir, sistemlərin dayanıqlığını artırır və gələcəkdə yeni nəsil günəş panellərinin istehsalına şərait yarada bilər.

