Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb

30-03-2026, 00:08           
Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb
Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıbBu ilin yanvar-fevral aylarında Azərbaycanda 9 min 391,4 ton duru bitki yağları istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 30,2 % çoxdur.

Hesabat dövründə Azərbaycanda həmçinin 5 min 816,4 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 42,8 % azdır.

Martın 1-nə ölkədə 2 min 727,7 ton duru bitki yağı, 1 min 398,3 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar, illik müqayisədə müvafiq olaraq 26,5 % və 4,1 dəfə azdır.

Hesabat dövründə Azərbaycanda 933,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,7 % çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru