Göyçay çayından sel keçir

30-03-2026, 00:00           
Göyçay çayından sel keçir
Bir neçə gündür bölgələrdə müşahidə olunan yağışlı hava bu gün günəşli hava ilə əvəzlənib. Lakin buna baxmayaraq, çaylarda gursululuq davam edir.

TEREF xəbər verir ki, hazırda Göyçay rayonu ərazisindən axan eyniadlı çaydan sel keçir. Selin rayon və kəndlər üçün hələlik ciddi fəsadları müşahidə olunmasa da, yağıntıların miqyası artacağı təqdirdə, çay ətrafında yerləşən əkin sahələrinin və pay torpaqlarının yuyulması ehtimalı var.

Xatırladaq ki, Göyçay çayı İsmayllı, Göyçay, Ucar və Zərdab rayonlarının ərazilərindən keçir.
/sfera.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru