İsrail onu da ÖLDÜRDÜ

6-04-2026, 11:44           
İsrail onu da ÖLDÜRDÜ
İsrail Hərbi Hava Qüvvələrinin Tehran yaxınlığında həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində İran İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) iqtisadi sütunlarından biri olan yüksək rütbəli komandir Məhəmməd Raca Əşrəfi Kahi məhv edilib.

Əşrəfi SEPAH-ın “neft qərargahı”nda ticarət əməliyyatlarına cavabdeh olan əsas şəxs idi. Onun rəhbərlik etdiyi qərargah beynəlxalq sanksiyalardan yan keçərək neft satışından əldə edilən milyardlarla dolların idarə olunmasını və bu vəsaitlərin SEPAH-ın hərbi güclənməsinə yönəldilməsini təmin edirdi.

Məlumata görə, Əşrəfinin idarə etdiyi maliyyə şəbəkəsi təkcə SEPAH-ı deyil, həm də Yaxın Şərqdəki proksi qüvvələri – husiləri, “Hizbullah” və “Həmas”ı maliyyələşdirirdi. Bu “neft dollarları” birbaşa olaraq İsrail və Körfəz ölkələrinə qarşı istifadə edilən ballistik raket və PUA sistemlərinin inkişafına sərf olunurdu.

İsrail mənbələri bildirir ki, bu zərbə SEPAH-ın iqtisadi infrastrukturuna və regiondakı terror şəbəkələrinin təchizat zəncirinə endirilmiş ağır zərbədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru