SON DƏQİQƏ: Bibiheybət yolu sürüşdü: Nəqliyyatın hərəkəti dayandırıldı

6-04-2026, 12:59           
SON DƏQİQƏ: Bibiheybət yolu sürüşdü: Nəqliyyatın hərəkəti dayandırıldı
Bakının Səbail rayonunun ərazisində yerləşən Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb, hərəkət qismən məhdudlaşdırılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb.

“Aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranmışdır. Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılmışdır. Sürücülərdən alternativ olaraq “20-ci sahə” adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şossesindən istifadə etmələri xahiş olunur.

Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür”, – məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru