Keçmiş müdafiə naziri HƏBS OLUNDU – Qonşu ölkədə

Bu gün, 09:44           
Keçmiş müdafiə naziri HƏBS OLUNDU – Qonşu ölkədə
Gürcüstanın sabiq müdafiə naziri Cuanşer Burçuladze 10 il müddətinə həbs olunub.
TEREF xəbər verir ki, hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.

Son məhkəmə iclasında müdafiə tərəfi bəraət hökmünün çıxarılmasını tələb edib. Vəkil Dmitri Xaçidze deyib ki, məhkəmə prosesi boyunca prokurorluq Cuanşer Burçuladzenin günahını sübut etmək üçün kifayət qədər dəlil təqdim etməyib.

Qeyd edək ki, Cuanşer Burçuladze Gürcüstanın müdafiə naziri postunu 2021-2024-cü illərdə tutub. O, ötən ilin sentyabrında saxlanılıb. Sabiq nazir vəzifə səlahiyyətlərindən sui-istifadədə və külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunurdu./APA/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru