Dünya bazarlarında neftin qiyməti 101 dolları ötüb

9-05-2026, 12:58           
Dünya bazarlarında neftin qiyməti 101 dolları ötüb
Dünya bazarlarında neftin qiyməti 1 dollardan çox artıb.

Tribuna.az xəbər verir ki, ICE birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 1,23% və ya 1,23 ABŞ dolları artaraq bir barel üçün 101,29 ABŞ dollarına yüksəlib.

NYMEX birjasında isə WTI markalı neftin iyun fyuçersləri 0,64% və ya 0,61 ABŞ dolları bahalaşaraq bir barel üçün 95,42 ABŞ dolları olub.

Analitiklərə görə, neft qiymətlərinin artmasına səbəb ABŞ Prezidenti Donald Trampın İranla bağlı sərt bəyanatları, Yaxın Şərqdə geosiyasi gərginliyin artması və Hörmüz boğazında tədarük riskləri ilə bağlı narahatlıqlar olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru