Bu tarixədək qarpız yeməyin! - XƏBƏRDARLIQ

31-05-2026, 09:34           
Bu tarixədək qarpız yeməyin! - XƏBƏRDARLIQ
Vaxtından əvvəl yetişən qarpızlara tez-tez həddindən artıq nitrat gübrələri verilir ki, bu da insanlarda zəhərlənmə simptomları yarada bilir. Bu, xüsusən də uşaqlar və yaşlılar üçün təhlükəlidir.

"Unikal" xəbər verir ki, bunu RİA Novosti-yə diyetoloq, tibb elmləri namizədi Olqa Yamilova deyib.

Onun sözlərinə görə, bədənin nitratla yüklənməsi ürəkbulanma, qusma, başgicəllənmə və siyanoza - dərinin və selikli qişaların mavi rəngə boyanmasına səbəb ola bilər. Diyetoloq sağlamlıq risklərini azaltmaq üçün qarpızı təbii şəkildə yetişməyə başladığı avqust ayına qədər yeməməyi məsləhət görüb.

Yamilova həmçinin xatırladıb ki, qarpız qabıqları daim torpaqla təmasda olur və bu bostan bitkisinin səthində salmonella, "E.coli" və rotavirus patogenləri ola bilər. Buna görə də, qarpız yeməzdən əvvəl giləmeyvəni xüsusi sabunla, fırçalayaraq və axar suyun altında yaxşıca yuyaraq təmizləmək lazımdır. Həkim məhz eyni səbəbdən satış nöqtələrində dilimlənmiş qarpızların dadına baxmamağı da məsləhət görüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru