Üç sərxoş qız onlara irad bildirən kişini döyüb - Rusiyada

Bu gün, 17:47           
Üç sərxoş qız onlara irad bildirən kişini döyüb - Rusiyada
Sankt-Peterburqun cənubunda yerli hüquq-mühafizə orqanları onlara irad bildirən kişini döyən üç qızı saxlayıb.

32gun.sz xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin regional baş idarəsinin məlumatına görə, hadisə iyunun 22-si axşam saatlarında Puşkin rayonundakı Moskva şosesində baş verib.

Sərxun vəziyyətdə olan qızlar Pskov vilayətindən olan 25 yaşlı sakinin onlara etdiyi xəbərdarlığa aqressiv reaksiya verərək onu döyməyə başlayıblar. Hücum edənlər arasında 21 yaşlı yerli sakin və onun 15 və 17 yaşlı iki yetkinlik yaşına çatmayan rəfiqəsi olub. Hadisə yerinə gələn patrul-post xidmətinin əməkdaşları şübhəliləri saxlayıb, xəsarət alan şəxs isə xəstəxanaya yerləşdirilib. Həkimlər zərərçəkmişə ilkin tibbi yardım göstərdikdən sonra onun vəziyyətini qənaətbəxş hesab edərək evə buraxıblar, bundan sonra o, polisə rəsmi şikayət ərizəsi ilə müraciət edib. Hazırda saxlanılan qızlardan ən böyüyü barəsində xırda xuliqanlıq maddəsi ilə inzibati protokol tərtib olunub və faktla bağlı cinayət işinin açılması məsələsinə baxılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru