AĞDAMDA RÜSVAYÇILIQ: MƏMUR SAXTA ARAYIŞ VERİR

4-02-2016, 23:15           

Sukanal İdarəsinin rəis əvəzi Vüqar Qəhrəmanovla bağlı ilginc ittihamlar səsləndirilib “Azərsu” ASC-nin Ağdam Sukanal İdarəsinin rəis əvəzi Vüqar Qəhrəmanovun barəsində maraqlı məlumatlar yayılıb.

Məlumata görə, bu şəxsin diplomu saxtadır. Belə ki, o 1991-1994-cü illər aralığında hərbi xidmətdə olub. Hərbi xidmət zamanı da Ağdam Sosial İqtisad Kollecinin sabiq müdiri (hazırda rəhmətə gedib) Fəxrəddin müəllimin əli ilə saxta diplom alıb. Bildirilir ki, bu şəxsin barəsində mətbuatda dərc olunan yazılardan sonra ASC rəhbərliyi ona töhmət verib. Rayondakı mənbələr bildirirlər ki, onun başçılıq etdiyi müəssisədə xeyli “ölü can” var. Adları işdə, özləri başqa yerlərdə: «Maaş kartları da rəisin özündədi. Dövlətin malını öz mülkü kimi idarə edir. Bu da azmış kimi saxta diplomlu Vüqar Qərəmanovun verdiyi arayışlar da saxtadır. Bunu konkret faktlarla sübut edə bilərik. Şəkildən göründüyü kimi Elşad Məmmədov adlı işçiyə Ağdam Sukanal İdarəsi adından verilən arayışda müdir kimi Nəcəfov M.R. göstərilib. Qeyd edək ki, Mətləb Nəcəfov bu quruma əvvəllər həqiqətən başçılıq edib. Lakin bir ildən artıqdır ki, «Azərsu»dan çıxıb və hazırda İmişlidə işıq idarəsinin rəisidir. Yəni tamamilə başqa bir dövlət qurumuna keçib. Elşad Məmmədova 2 dekabr ,2015-ci ildə verilmiş arayışda isə rəis kimi o göstərilib. Görəsən, banka təqdim edilmək üçün verilmiş arayışda Vüqar Qəhrəmanov niyə imza qoymur? Bu saxtakarlığın səbəbi nədir? Hər halda bunu Korrupsiyaya Qarşı Mübarizə İdarəsi daha yaxşı araşdırar. Fakt göz önündədir». \Gundelik-baku.com\












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru