İcra başçısının xidməti maşınında rəqs edən xanım kimdir? — FOTO

7-03-2016, 09:27           
İcra başçısının xidməti maşınında rəqs edən xanım kimdir? — FOTO
Qabaq oturacaqda oturan xanım açıq-saçıq hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib
Bir neçə gün əvvəl Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun xidməti avtomobilinin saatda 180-lə hərəkət etdiyini əks etdirən video yayımlandı. Bu məsələ geniş əks- səda doğursa da Dövlət Yol Polisi İdarəsi bu məsələnin üstündən sükutla keçdi.
Cumhuriyyet.az-ın məlumatına görə, Niyazi Bayramovun xidməti avtomobili bu dəfə reportyor.org-un kamerasına tuş gəlib. Budəfəki kadrlar Bakıda- Tbilisi prospektindən Dərnəgül istiqamətinə gedən yolda çəkilib. Sayt bildirir ki, Mingəçevir şəhər icra başçısının xidməti avtomobilində, salonda qabaq oturacaqda oturan xanım açıq-saçıq hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib. Əl-qol hərəkətləri, ucadan oxudulan pop musiqi səsi, gülüş sədaları. Məgər AA seriyalı xidməti avtomobili belə idarə edərlər?















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]