Facebook «UNİ BANK»ı biabır etdi - FOTO

12-03-2016, 12:32           
Facebook «UNİ BANK»ı biabır etdi - FOTO
Azərbaycan dünyada müştərisinə ən bahalı kredit verən bankları ilə də ad çıxarmağa başlayıb. İllik 30 faizə dollarla kredit verən ikinci bir bank mövcud deyil və xarici ekspertlər bunu bildiklərində təəccüblərini də gizlətmirlər.

Mediada isə davamlı olaraq banka olan borclar səbəbindən intihar hallarının sayının artdığı barədə məlumatlar yayılır. Artıq hər gün 2 və ya 3 nəfərin intihara əl atdığı barədə xəbərlər yayılır. Eyni zamanda, təsdiqlənir.

JAM.AZ xəbər verir ki, sosial şəbəkələrdə belə hallarla bağlı maraqlı bir araşdırma aparılıb. Məlum olub ki, özünə qəsd edənlərin əksəriyyətinin «Uni Bank»a borcu olub. Yüksək faizlə kredit götürüb, sonra da qaytara bilməyənlər baş verənlərdən dolayı çıxış yolu tapmadıqları üçün intihara baş vururlar. Elə bu səbəbdən də Facebookda bu bankla bağlı maraqlı kampaniyaya start veriblər.

Həmin kampaniya çərçivəsində istifadə olunan şüar isə belədir: «İNTİHAR ETMƏK İSTƏYİRSƏN, UNİBANKdan KREDİT GÖTÜR!»

Bankın bu məsələyə hansı reaksiya verəcəyi məlum deyil. Lakin ortaya çıxarılmış statistika həqiqəti əks etdirərsə, bu «Uni Bank» rəhbərliyinin ciddi başağrısına çevriləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]