ABŞ-li milyarder Parisdə milyonluq oğurluğun qurbanı oldu

Bu gün, 16:18           
ABŞ-li milyarder Parisdə milyonluq oğurluğun qurbanı oldu
Parisdə ABŞ-dən olan turistin təxminən 1.3 milyon avro dəyərində zinət əşyaları olan çamadanı oğurlanıb.

"Le Parisien" qəzeti xəbər verir ki, hadisə iyulun 19-da baş verib.

Məlumata görə, tibbi texnologiyalar sahəsində fəaliyyət göstərərək varlanan 45 yaşlı amerikalı milyarder Nisdən Ruassi - Şarl-de-Qoll hava limanına gəlib. O, Yelisey çölləri yaxınlığında yerləşən "Four Seasons" hotelində qalmağı planlaşdırırdı. Hava limanında onu baqajını mehmanxanaya çatdırmalı olan özəl şirkətin əməkdaşı qarşılayıb.

Turist hotelə yerləşdikdən sonra şəhərdə gəzməyə çıxıb. Axşam geri qayıdaraq otağına daxil olduqda isə üç çamadandan yalnız ikisinin çatdırıldığını görüb. Əl yükü kimi gətirdiyi və hava limanında şirkət əməkdaşına təhvil verdiyi üçüncü çamadan isə yoxa çıxıb.

Müşahidə kameralarının görüntüləri göstərib ki, turisti gətirən avtomobildən cəmi iki çamadan boşaldılıb. Bu səbəbdən üçüncü çamadanın böyük ehtimalla elə hava limanında itdiyi ehtimal edilir.

Nəşrin məlumatına görə, turist itən çamadanda 800 min avro dəyərində üzüyün olduğunu bildirib. Bundan başqa, çamadanda ümumi dəyəri 1 milyon avronu ötən digər qiymətli zinət əşyaları da olub. Beləliklə, oğurlanan əşyaların ümumi dəyəri təxminən 1.3 milyon avro təşkil edir.

Turisti qarşılayan özəl şirkətin əməkdaşı polis tərəfindən dindirilib. Lakin onun hüquq-mühafizə orqanlarına hansı ifadəni verdiyi açıqlanmayıb. Şirkət isə jurnalistlərin sorğularını cavablandırmaqdan imtina edib.

Hadisə ilə bağlı araşdırma Val-d'Uaz departamentinin polisi tərəfindən aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru