27 mart Elm Gününə – II

28-03-2024, 10:04           
27 mart Elm Gününə – II
"Ateist deyiləm.
Panteist olduğumu deyə bilərəmmi, bilmirəm.
Bu problem bizim məhdud beynimiz üçün çox böyükdür.
Buna cavab verməyimmi?
İnsan ağlı nə qədər təlim keçsə də Kainatı qavraya bilməz.
Divarları tavana qədər müxtəlif dillərdə kitablarla dolu olan nəhəng kitabxanaya girən balaca uşaq kimiyik.
Uşaq o kitabların biriləri tərəfindən yazılmış olduğunu bilir. Kim və necə yazıb, bilmir.
Onların yazıldığı dilləri başa düşmür.
Uşaq kitabların düzülüşündə müəyyən bir planı, müəmmalı bir nizamı sezir, ancaq onu dərk etmir, sadəcə şübhələnir.
Mənə elə gəlir ki, insan şüurunun, hətta ən böyük və ən mədəni insanın Tanrıya münasibəti belədir.
Biz müəyyən qanunlara tabe olan möcüzəvi şəkildə nizamlanmış bir Kainatı görürük, lakin qanunları qarışıq başa düşürük.
Məhdud zehnimiz ulduzları idarə edən sirli qüvvəni dərk edə bilmir.
Spinozanın panteizmi məni valeh edir. Onun müasir düşüncəyə verdiyi töhfələrə daha çox heyranam. Spinoza müasir filosofların ən böyüyüdür, çünki o, ruh və bədəni iki ayrı şey kimi deyil, bir bütün olaraq ələ alan ilk filosofdur"...
–Albert Eynşteyn
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru