DEKOLTELİ QADIN

26-04-2024, 10:34           
DEKOLTELİ QADIN
İki keşiş çayın qarşı tərəfinə keçmək istəyirdilər.
Gözləri sahildəki dekolteli gözəl bir qadına sataşır.
Yanından keçərkən gözlərini qadından qaçırmağa çalışırlar.
Qadın onlardan yardım istəyir:
“Üzmək bilmirəm, məni qarşı sahilə keçirə bilərsizmi?”…
Keşişlər özlərini itirir, çaşqın şəkildə bir-birinə baxırlar.
Keşişlərdən biri “Biz insanlara yardım etməyi sevirik” deyərək, gözlərini yumur, qadını qucağına alıb çayın daraldığı yerdən onu qarşı sahilə doğru kemirir.
Digər keşiş qadını qucaqlayan keşişin yapdığının doğru olmadığını, onun günah işlədiyini düşünür…
Qadına yardım edən qarşı sahildə onu yerə endirir.
Dekolteli qadın təşəkkür edirək yoluna davam edir.
Digər keşiş qadını qarşıya keçirənə hirslənir:
“Bir keşiş açıq-saçıq geyinmiş bir qadını necə qucağına ala bilər?”.
Keşiş yol yoldaşının həyəcanına anlam vermir ve belə deyir:
“Mən o qadını sahilə buraxdım, amma sən hələ də onu qucağından endirməyibsən”…
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]