HİNDULARIN RƏİSİ NƏLƏRİ ANLATDI

8-10-2025, 09:04           
HİNDULARIN RƏİSİ NƏLƏRİ ANLATDI
Ağ qardaşlarımız bizi sivilizasiya etməyə gəlməmişdən əvvəl həbsxanalarımız yox idi.
Ona görə də aramızda avara yox idi.
Həbsxanalar olmazsa, avaralar da olmaz. Ona görə də qapılarımızda qıfıl yox idi, ona görə də oğrular yox idi.
Əgər aramızdan kimsə at, çadır və ya yorğan ala bilməyəcək qədər kasıb olardısa, bütün ehtiyacları ona hədiyyə edilirdi.
Biz özəl mülkiyyətə böyük önəm verəcək qədər uyğunlaşmamışdıq, yani ki, bir o qədər “mədəni” deyildik.
Biz pulun nə olduğunu bilmirdik. Ona görə də insanın dəyəri onun var-dövləti ilə ölçülmürdü.
Yazılı qanunlarımız, buna görə də hüquqşünas və siyasətçilərimiz yox idi.
Ona görə də bir-birimizi aldadıb, aldatmaq qanımız da belə yox idi.
Demək ki, ağ adamlar gəlmyənəcən dəhşətli bir vəziyyətdəimişik.
Maraqlıdır, ağ adamın sivil bir cəmiyyət üçün tamamilə vacib olduğunu söylədiyi bu əsas şeylər olmadan biz minlərlə illərlə necə sağ qala bilmişik?
Qızıl dərililərin rəisi : Joon Fire Lame Deer.
Есмира Шукурова












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru