Mircəfər Bağırovun ikinci dünya müharibəsində qəhrəmancasına həlak olmuş böyük oğlu Cahangir ...

13-10-2025, 15:04           
Mircəfər Bağırovun ikinci dünya müharibəsində  qəhrəmancasına həlak olmuş böyük oğlu Cahangir ...
Mircəfər Bağırovun böyük oğlu olan Cahangir atası ilə Həştərxanda işləyərkən ailə quran zadəgan qız Mariyanın nikahından 6 oktyabr 1919-cu ildə dünyaya gəlmişdir. 1926-cı ildə anası vəfat etmişdir.
Cahangir 1938-ci ildə Bakı aeroklubundan məzun olub. Eysk hərbi-dəniz məktəbində və Taşkənt hərbi məktəbində oxuyub. İkinci dünya müharibəsində Hərbi Hava Qüvvələrində leytenant rütbəsində qırıcı təyyarəçi olaraq iştirak edib. Moskva ətrafı döyüşlərdə iştirak edib. 1942-ci ildə Serpuxov ətrafındakı döyüşdə yaralanıb. 1 il sonra yaralı halda tərxis olunub. Cahangir müharibəyə yararsız olmasına baxmayaraq, yenidən müharibəyə gedib. 40-cı qırıcı hava qüvvələri qvardiyasında (2-ci Hava Qüvvələri Ordusu, 8-ci qırıcı hava diviziyası, Voronej cəbhəsi) döyüşüb.
5 iyun 1943-cü ildə Obayan aerodromu yaxınlığında qeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün tarana gedib və təyyarəsini alman təyyarəsinə çırpıb. Cahangirə vəfatından sonra "Lenin" ordeni veriblər. Şəhidin cənazəsi Həzi Aslanovun köməkliyi ilə Bakıya gətirilərək Yasamal qəbiristanlığında dəfn edilib. Hazırda Cahangirin qəbri anası Mariya xanımın qəbrinin yanındadır.
SSRİ Ali Sovetinin 11 iyun 1943-cü il tarixli əmri ilə "Lenin" ordeni ilə təltif olunmuşdur.
Ledi Xanım
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]