Bu da Osmanlı qaynağı: Azərbaycan SƏFƏVİ dövlətinin mərkəzi idi və Taclı bəyim əsir düşməmişdi

17-10-2025, 10:54           
Bu da Osmanlı qaynağı: Azərbaycan SƏFƏVİ dövlətinin mərkəzi idi və Taclı bəyim əsir düşməmişdi
Osmanlıca yazılan “Safevîler Devletinin zuhuru” (18 əsr) əsərinin müəllifi, Azərbaycanı Səfəvi dövlətinin mərkəzi olduğunu qəbul edir. Şah İsmayılı da “Şərq ölkələrindən olan Azərbaycan diyarında Səfəvi şahlarının dövlətinin qurucusu” kimi təqdim edir. O, “Hanədanlar çevrəsində Səfəvi dövlətinin mərkəzi (dârü’l-mülk) kimi Azərbaycanın” adını qeyd etmişdir.
Müəllif ümumilikdə Səfəvi şahlarını tənqid etməsinə və bəzən alçaldıcı ifadələr işlətməsinə baxmayaraq, əsərinin müəyyən yerlərində onların müsbət xüsusiyyətlərini də etiraf edir.
Məsələn, kitabda Şah İsmayılın uşaq yaşlarında belə yüksək bilik sahibi olduğu, ərəb alimləri ilə elmi fəaliyyətlər apardığı, Nəcəfdə Hz. Əlinin türbəsini bərpa etdirdiyi və orada suvarma sistemi qurdurduğu qeyd edilir. Çaldıran döyüşündə isə Şah İsmayıl qəhrəmanlıq nümayiş etdirərək Osmanlı ordusunun sol qolunu məğlub etmişdir.
Ardınca, müəllif bildirir ki, Şah İsmayıl Azərbaycanda sosial yönümlü islahatlar həyata keçirərək əhalinin əvvəlki vergi borclarını tamamilə ləğv etmişdir.
Həmçinin qeyd olunur ki, Şah İsmayılın həyat yoldaşı Taçlı Xanım Çaldıran döyüşündə əsir düşməmiş, oğlu Şah Təhmasib isə 1529-cu ildə Bağdadı fəth etdikdən sonra əsirlərin canını bağışlamışdır.
Bu məlumatlar, Osmanlılara rəğbət bəslədiyini, lakin Səfəvilər haqqında da dürüst və ölçülü dəyərləndirmələr apardığını göstərir.
Qeyd edək ki, Ankara Milli Kitabxanasında saxlanılan, “Zuhûr-ı Devlet-i Safeviyân” (“Safevîler Devletinin zuhuru”) adlanan bu qaynaq, XVIII əsrin ortalarında, Osmanlı sultanı III Mustafa dövründə (1757–1774) anonim bir müəllif tərəfindən yazılmışdır. Əsərin əsas mövzusu Səfəvi dövlətinin yaranma dövrü və 1537-ci ilin hadisələridir.
İstinad: Namiq Musalı, "Safevi devletinin kuruluşu dönemine dair osmanlıca yazılan “Zuhûr-ı Devlet-i Safeviyân” məqaləsi
Milli Kimlik
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru