TAMAHSIZ İNSAN: Duty Free şirkətinin yaradıcısı
25-10-2025, 08:54

Onun 90 yaşı var və 7,5 milyard dollar sərvət toplayıb.
Lakin onun avtomobili yoxdur, ekonom sinifdə uçur və kirayədə yaşayır.
Çak Fini 15 dollarlıq rəqəmsal saat və qırışlı köynək geyinir. Ata-baba vətəni İrlandiyada onu asanlıqla Amerikalı turistlə səhv salarlar. O, restoranlardan fast fooda, dərzilərə, marketlərə üstünlük verir, metro və ya taksidən istifadə edir.
Son 30 ildə xeyriyyəçilik üçün 6 milyard dollardan çox pul xərcləməsi olmasaydı, siz onu hər qəpikdən ötrü qısqanc adlandıra bilərsiniz. Bu pul ABŞ, Vyetnam, Avstraliya, Cənubi Afrika, İrlandiya və Bermud adalarında təhsil, səhiyyə, elm və qocalar evlərinə xərclənib. Üstəlik, bu ekstravaqant varlı adamı təkcə pul deyil, həm də şöhrət də maraqlandırmır: milyardlarını verərkən kölgədə qalmağa çalışıb və ilk 15 ildə xeyriyyəçilik fəaliyyətindən heç kim şübhələnmədiyi üçün, bunu kifayət qədər uğurla həyata keçirib. Daha sonra "ifşa" olub, baxmayaraq ki, bundan sonra da Fini çox təvazökar qalıb.Məsələn, onun 2012-ci ilə qədər beşdən çox müsahibə vermədiyi məlumdur.
Cak Dini heyrətamiz bir insandır. Biznesinə sıfırdan başlayan o, cəmi bir neçə il ərzində 27 ölkədə 200 işçisi olan şirkət qurmağı bacarıb. Onun gəliri eksponent olaraq artıb, baxmayaraq ki, onun böyük hissəsi dərhal onun xeyriyyə fondu The Atlantic Philanthropies-ə köçüb.
"Mən əmin oldum ki, pul vermək və onun sayəsində xəstəxana kimi bir şey yaradıldığını görmək daha məmnunluqdur." Fini deyir: "Pulları bank hesabına qoymaq və yığılıb yığılmasına icazə verməkdənsə, yaxşı işlərə investisiya etmək məntiqlidir".
Esmira ŞÜKÜROVA
TEREF

