HİKMƏT DƏRSİ: DEŞİLMİŞ TULUQ

7-11-2025, 09:54           
HİKMƏT DƏRSİ: DEŞİLMİŞ TULUQ
Həzrət Əbul Vəfanın kiçik, lakin çox şirin bir oğlu varimiş. Oğlan xoşxasiyyətli biri olsa da, amma bəzən zarafatları həddini aşırdış.
Hər dəfə qonşuluqdakı su daşıyıcısının gəlməsini gözləyir və gizlicə iti bizlə onun su tuluğunu deşirdi. Kim bilir, bəlkə də fəvvarəyə bənzər axan su onu məmnun edirdi. Amma bu bir o qədər zarafat işi deyildi. Başqa bir uşaq bunu etsəydi, çoxdan boynunun arxasına şillə vurulmuş olardı. Deşikli tuluğu yenidən tikmək mümkün deyildi; onu yalnız burmaqla bağlamaq olardı ki, bu zaman da bütün tuluğun yarısı yox olurdu
Zarafatcıl oğlan bir cəhd edər, iki cəhd edər amma tuluğun deşiyini bağlaya bilmir. "Bağışlayın," deyir, "amma vəziyyət belədir!"
Həzrət Əbul Vəfa dərin təəccüblənir. Tuluğa görə çox pul ödəyir. Su daşıyıcısından ağlayaraq və yalvararaq bağışlanmasını diləyir. Zarafatcıl oğlan işin belə xoşluqla nəticənməsinə tamamilə sevinir. Su daşıyan kişi isə, "Kaş ki, sultanların qapısını açdığı övliyanı incitməsəydim." – düşünərək, peşman və utanaraq bir halda dərgahdan çıxır.
Həzrət Əbul Vəfa oğlana heç nə demir. O, dərhal arvadını yanına gəlib soruşur: - "Ay arvad, yaxşıca düşün," deyir, " Biz səhv etmişik, bəs harada?"
Həmin gün qadın dırnaqları ilə saçlarının dibinəcən qanadır, hey fikirləşir, gecə səhərəcən yuxuya gedə bilmir. Səhərə yaxın arvadı deyir: "Deyəsən tapdım!"
Həzrət Əbul Vəfa deyir: "Danış"
Xanımı deyir: - Uşağımıza hamilə idim. Bacım harasa getməli idi və səbətini bizə qoyub getmişdi. Tərəvəzlərin arasında bir limon parıldayırdı. Ürəyim o qədər çox istədi ki, deyə bilmərəm. da bilirsən. İstəsən, hər şey üçün canını verər. Limonlardan bəhs etsəydim, onları bizə qoyub evə onsuz qayıdardı. Başqa bir yol düşündüm. Limonu iynə ilə deşdim və bir damla sordum. İstəyimi boğdum. Amma unutdum bacıma deməyimi. Bu mənim günahımdır, ona limonunu deşdiyimi deməliydim.
- Qalx, bacına gedəcəyik.
- Bu saatda?
- Bəli, bu saatda!
- Nə deyəcəyik?
- Halallıq alıb, bağışlanmamızı deyəcəyik.
Bundan sonra nə olacağını təxmin edə bilərsiniz. Uşaq təbii olaraq, bu vərdişi dayandırır və zarafatlaşmasına son qoyur.
HİKMƏT: BAŞ VERƏN PİSLİKLƏRİN SƏBƏBİ ÖZÜMÜZDƏDİR
Есмира Шукурова
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru